Ağır yaralanan hərbçimiz ŞƏHİD OLDU

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, həkimlərimizin səyinə baxmayaraq, Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu