1447001 scaled

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zəngilan rayonunun Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb.

Musteqil.az TƏBİB-ə istinadən xəbər verir ki, tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Poliklinikası (Nərimanov rayonu) və 12 saylı Şəhər Poliklinikasında (Sabunçu rayonu) aparılır.

Ümumilikdə, 25 ailənin (125 nəfər) biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçirilir.

Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır.

Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürüləcək şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whoursie.com/4/5013541