ABŞ Yunanıstanın təxribatına səssiz qaldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ Yunanıstan və Türkiyə arasında qeydə alınan S-300 böhranına görə Afinaya qarşı cəza tədbiri görməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər Nazirliyinin nümayəndəsi açıqlama verib. O bildirib ki, ABŞ qanunlarına görə Yunanıstanı cəzalandırmaq üçün əsas yoxdur.

Qeyd edək ki, Yunanıstan Krit adasına yerləşdirilən S-300 müdafiə sistemləri vasitəsilə beynəlxalq sularda uçan Türkiyənin F-16 qırıcılarına müdaxilə edib. Yunanıstan türk qırıcılarının ölkə sərhədlərini pozduğunu irəli sürüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu