1448925 scaled

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“İranda baş verən nümayişlər ABŞ-dan ilhamlanır. Onlar çalışırlar ki, insanların diqqətini ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmasından yayındırsınlar”.

Musteqil.az İRNA-ya istinadən xəbər verir ki, bu fikirləri Tehran cümə namazı xətibi Ayətullah Seyid Əhməd Hatəmi deyib.

“Düşmənlər bizim ŞƏT-ə üzv olmaqda əldə etdiyimiz uğurları son iğtişaşlarla kölgədə qoymaq istəyirdilər. ABŞ-ın prezidenti bu iğtişaşlara rəhbərlik edir və onları BMT tribunasından nümayişlərə çağırır. Onların ürəkləri öldürülən (Məhsa Əmini nəzərdə tutulur – red) qadına görə ağrımır. Bu sadəcə bir bəhanədir. Onlar sistemə meydan oxumaq arzusu ilə lənətləniblər”, – deyə Hatəmi deyib.

Hatəmi qeyd edib ki, İranda nümayişlərə şərait yaradıb dəstək verənlər sosial şəbəkələrdə vaxtını keçirən yetişməmiş gənclərdən öz məqsədləri üçün istifadə edib onları aksiyalara ruhlandırırlar.

Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın (ikinci adı Jina) “hicaba düzgün əməl etmədiyinə görə” əxlaq polisi tərəfindən saxlanılıb, döyülərək vəhşicəsinə öldürülüb. Bu səbəbdən ölkədə etirazlar səngimir və hazırda onlarla ostan və şəhərdə nümayişlər keçirilir. Məlumat üçün bildirək ki, ötən gün İranda güney azərbaycanlı fəal Məleykə Qaragözlü də 4 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyulun 13-də məcburi hicaba etiraz olaraq yaylığını başından açıb yerə atdığı videonu paylaşdıqdan sonra təhlükəsizlik məmurları tərəfindən həbs edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//ardslediana.com/4/5013541