1448469

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gəncə-Daşkəsən Regional Məşğulluq
filialı tərəfindən yeni layihəyə start verilib.

Musteqil.az xəbər verir ki, məqsəd vakansiyalara
əlçatanlığı təmin etmək və işəgötürənlərə vakansiya bankı barədə ətraflı məlumatları
çatdırmaqdır.

Belə ki, şəhərin xəritəsi əsasında
ictimai iaşə obyektləri seçilib və filialın əməkdaşları tərəfindən 155
işəgötürənlə görüş keçirilib.

İşəgötürənlərə Agentliyin fəaliyyət
istiqamətləri, həyəta keçirilən aktiv məşğulluq tədbirləri, işəgötürənlər üçün
dəstək mexanizmləri və vakansiya bankının tələbləri barədə məlumat verilib.

Görüşlərin nəticəsi olaraq Gəncə şəhəri üzrə 961 yeni iş yeri vakansiya
bankına əlavə edilib, işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq barədə razılığa
gəlinib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541