1448865

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsinə start verilib.

Musteqil.az-a İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir.

Layihə çərçivəsində Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri, dövlət bayramları, xüsusi günləri, eyni zamanda “Şuşa İli”, Anım Günü və Zəfər Günü ilə bağlı ümumi təhsil məktəblərində tədbirlərin təşkili nəzərdə tutulub.

İstedadlı şagirdlər tərəfindən Vətənimizin dünyaya tanıdılması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, görkəmli ziyalıların şagirdlərlə vətənpərvərlik mövzusunda görüşlərinin keçirilməsi planlaşdırılıb.

Bundan əlavə, məktəb kitabxanaçılarının iştirakı ilə vətənpərvərliyə həsr olunmuş əsərlərin oxu və müzakirəsi təşkil ediləcək.

“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində şagirdlər tərəfindən yaradıcılıq nümuləri və digər layihələrin hazırlanması həyata keçiriləcək.

Həmçinin layihə çərçivəsində ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlərin müxtəlif nominasiyalar üzrə təltif olunması da nəzərdə tutulub.

Qeyd edək ki, layihədə ümumi təhsil müəsisələrinin 7-17 yaş arası şagirdləri iştirak edə bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541