Zelenski Ərdoğanın yanında əsəblərinə hakim ola bilmədi: Nöqsan tutdu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Lvovda Ukrayna Prezidenti Vladimir Zelenski, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşin birgə mətbuat konfransı zamanı baş verən hadisə sosial mediada böyük kütlə tərəfindən izlənilib.

Metbuat.az xəbər verir ki, liderlər media qarşısında çıxış edərkən, tərcüməçinin Zelenskinin fikirlərini qısaldaraq tərcümə etməsi Ukrayna liderini qəzəbləndirib. Zelenski fikirlərinin səhv şəkildə tərcümə edilməsinə görə narahat olub. O tərcüməçiyə deyib:

“Mən mümkün hadisələrdən danışdım.Həll olmayacaq dedim. Rusiya tərəfindən hər gün atəş altındayıq dedim. Bir də “Slava Ukrayna”(Glory to Ukraine) dedim”.

Zelenski bu fikirlərin tərcümə edilmədiyini nöqsan tutandan sonra, tərcüməçi dərhal “Glory to Ukraine” deyib. Zelenski isə “bu çox önəmlidir” deyərək cavab verib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu