1446217

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Laçın rayonunun Zabux kənd inzibati ərazisinə daxil olan Zabux kəndinin sakini Elburus Əsədov 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır.

Musteqil.az xəbər verir ki, Zabuxa qayıdanda birinci dizini yerə qoyub “torpağı öpərəm” deyən laçınlı ağsaqqal orada yaşamaq, ata-baba ocağını bərpa etmək istəyir.

Elburus Əsədovun sözlərinə görə, işğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər 30 ildir burada məskunlaşdığını deyir: “Niyə soruşan yoxdur ki, bəs burada 80, 100, 110 il yaşayan azərbaycanlılar haradadır?!”

Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541