Yevlaxda sutəmizləyici qurğu və anbar kompleksinin inşası yekunlaşır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Yevlax şəhərində içməli su təchizatı infrastrukturunun yenidən qurulması layihəsinin birinci mərhələsi çərçivəsində sutəmizləyici qurğu və anbar kompleksinin inşası yekunlaşmaq üzrədir.

Bu barədə Metbuat.az-a “Azərsu” ASC-dən bildirilib.

Yevlax şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi üzrə son tamamlama işləri həyata keçirilir. Qurğuda 16 ədəd süzgəc quraşdırılıb, emal prosesindən sonra təmiz suyun toplanması məqsədilə ümumi həcmi 2500 kubmetr olan 2 su anbarının tikintisi yekunlaşıb. Təmizləyici qurğuda zərərsizləşdirici, əks-yuma prosesinin aparılması üçün 9 ədəd əks-yuma nasosu, kompleksin enerji təchizatı məqsədilə transformator və generator quraşdırılıb.

Hazırda çaydan götürülən suyun mövcud durulduculara və təmizləyici qurğulara ötürülməsi məqsədilə sugötürücü qurğunun inşası davam etdirilir.

Layihənin növbəti mərhələsində Yevlax şəhərinin içməli və tullantı su şəbəkələri yenidən qurulacaq. Yevlax şəhərində 135 km içməli su şəbəkəsi tikiləcək və abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində şəhərin tullantı su şəbəkəsi də yenidən qurulacaq. Yevlax şəhərində 115 km uzunluğunda tullantı su şəbəkəsi yaradılacaq. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12500 kubmetr olan təmizləyici qurğunun tikintisi də layihələndirilib.

Hazırda Yevlax şəhərində 1960-1970-ci illərdə tikilmiş içməli və tullantı su şəbəkələri istismar olunur. İstismar müddəti başa çatmış şəbəkələr şəhəri tam əhatə etmir və əhalinin dayanıqlı su təminatında çətinliklərə səbəb olur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu