Yeni inşa olunan binadan 10400 manatlıq oğurluq edilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda yeni inşa olunan binadan 10400 manatlıq oğurluq edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkətlərin birinə məxsus inşa olunan binadan 10400 manat dəyərində elektrik naqilləri oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Məmmədov, Masallı rayon sakini M.Ağamalıyev və Tovuz rayon sakini İ.Camalov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu