“Viktoriya” oyununa biletlərin qiyməti BAHALAŞDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Viktoriya” (Çex Respublikası) oyununun biletləri sabah – avqustun 14-ü saat 11:00-dan satışa çıxarılacaq.

Metbuat.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).

Qeyd edək ki, “Qarabağ”ın əvvəlki avroliqa oyunlarında biletlərin qiyməti 5, 10, 20, 50 və 75 manat təşkil edirdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu