Vaksinasiya olunanların sayı açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 455 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 271, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 224, üç və daha çox doza vaksin vurduranların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 151 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 853 207, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 372 522, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 904, üç və daha çox doza vaksin vurduranların sayı 3 360 250, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 531 təşkil edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu