Tamamilə yandığı deyilirdi, Duqinanın tabutdakı görüntüsü ŞOK ETDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, avqustun 23-də Moskvanın “Ostankino” televiziya mərkəzində rusiyalı jurnalist Darya Duqina ilə vida mərasimi keçirilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vida mərasimindən paylaşılan fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, avqustun 21-nə keçən gecə avtomobilinin partladılması nəticəsində həlak olan Darya Duqinanın cəsədində heç bir yanıq izinin olmaması mübahisələrə yol açıb.

Belə ki, Rusiya mediası partladılmış avtomobilin qadın sürücüsü tamamilə yandığından şəxsiyyətini hadisə yerində müəyyən etməyin mümkün olmadığını yazmışdı. Duqinanın tabuta qoyulmuş cəsədi isə deyilənlərin əksinə olaraq, “təravətli” görünüşü ilə sosial media izləyicilərinin diqqətini çəkib.

Eyni zamanda, qızının ölümündən sonra ağır stress səbəbindən xəstəxanaya yerləşdirildiyi deyilən ideoloq Aleksandr Duqinlə xanımının qonaqları təbəssümlə qarşılaması birmənalı qəbul olunmayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu