1446398

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa Liqasında qrup mərhələsinin püşk atma mərasimi keçirilir.

Musteqil.az xəbər verir ki, tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunan mərasim başlayıb.

Qeyd edək ki, qitənin ikinci dərəcəli klub turnirinin püşkatmasında 32 komanda 8 qrupa bölünəcək.

Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri bilinəcək. Qurban Qurbanovun yetirmələri püşk zamanı 2-ci səbətdə yer alacaq.

Qrup mərhələsinin qalibləri 1/8 finala adlayacaq. 2-ci yeri tutanlar pley-offa vəsiqə qazanacaq. Bu komandalar Çempionlar Liqasında qrup üçüncüsü olanlarla görüşəcək.

Avropa Liqasının üçüncüləri isə Konfrans Liqasının pley-offuna yollanacaq. Onları bu turnirin ikinciləri sınağa çəkəcək.

Avropa Liqasının qrupundakı oyun günləri də dəqiqləşib. Turnirin əsas raundu sentyabrın 8-də başlayacaq.

I tur – 8 sentyabr
II tur – 15 sentyabr
III tur – 6 oktyabr
IV tur – 13 oktyabr
V tur – 27 oktyabr
VI tur – 3 noyabr

Qeyd edək ki, Avropa Liqasında növbəti püşkatma noyabrın 7-də olacaq. Həmin gün pley-off cütləri dəqiqləşəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//intorterraon.com/4/5013541