1446147

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 571 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub.

Musteqil.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, onların bir hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir.

Proqram iştirakçıları onlara verilmiş aktivlər üzrə öz kiçik biznes sahələrini yaradıblar.

Özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir, sonra aktivlərlə təmin olunurlar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541