rusiya donbas ordu

Rusiya silahlı qüvvələri Ukraynanın Xerson vilayətinin 36 kvadrat kilometr ərazisini ələ keçirərək Nikolayev vilayətinin inzibati sərhədinə çatıb.

Müstəqil.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib.

Komsomolskoye qəsəbəsini ələ keçirdiklərini qeyd edən Konaşenkov Nikolayev vilayətində 12 kilometrlik əraziyə nəzarətin qurulduğunu bildirib. Konaşenkov Andreyevka bölgəsində Ukrayna ordusuna itkilər verdiklərini və Donetsk bölgəsindəki hücumlarda uğurlu nəticələr əldə etdiklərini qeyd edib.

Həmçinin, Marinka qəsəbəsinin 75 faizindən çoxunun Rusiya qüvvələri tərəfindən tutulduğunu deyən Konaşenkov Avdeyevkada Ukrayna əsgərlərinə qarşı mühasirənin davam etdiyini söyləyib. Ukrayna ordusunun Kodema qəsəbəsində OPFOR xüsusi təyinatlılarının üç tərəfdən mühasirəyə aldığını ifadə edən Konaşenkov onların Zaytsevo qəsəbəsinə yaxınlaşdığını vurğulayıb.

//intorterraon.com/4/5013541