Qurban Qurbanovdan “Qarabağ”ın rəqibləri barədə açıqlama

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“İddialı bir qrupa düşmüşük”.

Metbuat.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki püşkatmaya münasibət bildirərkən deyib.

50 yaşlı məşqçi bildirib ki, hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı var: “Frayburq” və “Nant” ilk “5-lik” ölkələrinin komandalarıdır. “Olimpiakos” isə illərdir ki, avrokuboklarda mübarizə aparır və iddialıdır. Rəqiblərlə yaxın günlərdə yaxından tanış olacağıq. Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq. Əgər hər bir rəqibə qalib gəlmək şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək. Qarşıda bizi maraqlı oyunlar gözləyir. Maraqlı oyun üslubları izləyəcəyik”.

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının G qrupunda “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) qarşılaşacaq. Qrupda oyunlara sentyabrın 8-də start veriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu