“Qarabağ”ın rəqibi xal itirdi – Baş məşqçi cəzalandırıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” Fransa çempionatında növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, “Nant” səfərdə “Strasbur”un qonağı olub.

Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin Seneqaldan olan hücumçusu Habib Diallo 28-ci dəqiqədə hesabı açsa da, “Nant”ın misirli forvardı Mustafa Məhəmməd matçda tarazlığı bərpa edib. Afrikalı futbolçu 85-ci dəqiqədə fərqlənib. Bu matçda “Nant”ın baş məşqçisi Antuan Kombuare 63-cü dəqiqədə sarı vərəqə də alıb.

Qeyd edək ki, “Nant” hazırda 6 xalla 11-ci pillədədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu