1661326904.putinpashik

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. 

“Unikal” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir. 

Qeyd olunub ki, hər iki ölkə rəhbəri Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

O cümlədən, həmsöhbətlər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, o cümlədən 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Müzakirə zamanı Rusiya sülhməramlı kontingentinin regionda sabitliyin təmin edilməsində rolu da qeyd edilib. 

//intorterraon.com/4/5013541