“Pfizer” və “BioNTech” məhkəməyə verildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Moderna” “Pfizer” və onun alman tərəfdaşı “BioNTech”i məhkəməyə verib.

Metbuat.az “The Guardian”a istinadən xəbər verir ki, “Moderna” “Pfizer” və “BioNTech”i ABŞ-da təsdiqlənmiş ilk Covid-19 peyvəndinin hazırlanmasında patent pozuntusuna görə və “Moderna”nın pandemiyadan illər əvvəl hazırladığı texnologiyanı kopyaladıqlarını iddia edərək məhkəməyə verir.

“Moderna”nın baş icraçı direktoru Stefan Bansel, “Biz bu iddiaları Covid-19 pandemiyasından əvvəlki onillikdə qabaqcıl olduğumuz, yaradılmasına milyardlarla dollar sərmayə qoyduğumuz və patentləşdirdiyimiz innovativ “mRNA” texnologiya platformasını qorumaq istəyirik” – deyib.

Massaçusets ştatının Kembric şəhərində cəmi on ildir yaranmış “Moderna” şirkəti 2019-cu ilin sonlarında koronavirus pandemiyası başlayandan sonra Covid-19 peyvəndinin hazırlanmasında görünməmiş sürətlə “mRNA” peyvəndi texnologiyasında yenilikçi olub. Əvvəllər illərlə davam edən təsdiqləmə prosesi, əsasən, insan hüceyrələrinə immunitet reaksiyasını tətikləyən bir zülal hazırlamağı öyrədən “mRNA” vaksinlərindəki irəliləyiş sayəsində aylar ərzində tamamlandı.

Almaniyada yerləşən “BioNTech” şirkəti də ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer” ilə əməkdaşlıq etdiyi zaman bu sahədə işləyirdi. ABŞ Qida və Dərman İdarəsi Covid-19 peyvəndi üçün təcili istifadə icazəsini əvvəlcə 2020-ci ilin dekabrında “Pfizer” və “BioNTech”ə, bir həftə sonra isə “Moderna”ya verdi.

“Moderna” iddia edir ki, “Pfizer” və “BioNTech” “Moderna”nın 2010-2016-cı illər arasında patentləşdirdiyi “mRNA” texnologiyasını icazəsiz surətdə kopyalayıb.

Pandemiyanın əvvəlində “Moderna” Covid-19 patentlərini başqalarına, xüsusən də aşağı və orta gəlirli ölkələr üçün öz peyvəndlərini inkişaf etdirməyə kömək etmək üçün tətbiq etməyəcəyini söyləyib. Lakin 2022-ci ilin mart ayında “Moderna” “Pfizer” və “BioNTech” kimi şirkətlərin əqli mülkiyyət hüquqlarına hörmətlə yanaşmasını gözlədiyini bildirib.

Qeyd edək ki, “Moderna”nın Covid peyvəndi bu il 10.4 milyard dollar, “Pfizer” peyvəndi isə təxminən 22 milyard dollar gəlir gətirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu