1446240

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb”.

Musteqil.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdə bildirib.

“İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var”, – deyə o qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541