1446829

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq.

Musteqil.az xəbər verir ki, bu barədə “İnterfaks“ agentliyinə Qorbaçovun qızı İrina məlumat verib.

Sabiq Prezident Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq.

Mərhumla vida mərasimi Moskvada İttifaqlar Evinin Sütunlu salonunda keçiriləcək.

Qeyd edək ki, Mixail Sergeyeviç Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da 92 yaşında vəfat edib.

Xatırladaq ki, Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//waufooke.com/4/5013541