MEK-də Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş sərgi keçirilir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndələrindən biri olan Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə sərgi keçirilir.

Metbuat.az-a kitabxanannın mətbuat xidmətindən verilən xəbərə görə, iki həftə müddətində davam edəcək sərgidə Azərbaycan bədii təfəkkürünün qabaqcıl simalarından olan Natəvanın özünün müəllifi olduğu əsərlərlə yanaşı, onun haqqında yazılmış kitab, məqalə, jurnal, qəzet materialları da nümayiş etdirilir.

Ədəbiyyatlar sırasında “Xurşidbanu Natəvan”, “Xurşidbanu Natəvan. Əsərləri”, “Neçin gəlməz” (Xurşidbanu Natəvan), “Natəvanın şair qohumları” (Bəylər Məmmədov) və digərləri yer alıb.

Qeyd edək ki, 14 mart 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu