“Mərakeş, gənc azərbaycanlı rəssamların gözü ilə” rəsm müsabiqəsi elan edilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mərakeş və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi və Yaşıl Yürüşün 47-ci il
dönümünü qeyd etmək üçün Mərakeş Krallığının Azərbaycandakı Səfirliyi, Nərgiz Art Studio
və Holcim Azərbaycan ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Azərbaycanda yaşayan 6-18 yaş arası gənc rəssamlar üçün rəsm müsabiqəsi elan edir.

Metbuat.az xəbər verir ki, tədbir “Mərakeş, gənc azərbaycanlı rəssamların gözü ilə” adlanır.

Müsabiqənin məqsədi Mərakeş və Azərbaycan xalqları arasında yaxın əlaqlər yaratmaq və
qarşılıqlı anlaşmanı gücləndirmək, eyni zamanda gənc nəsil arasında yaradıcılığa marağı
artırmaq, uşaqları faydalı fəaliyyətlərə həvəsləndirmək, onların dünyagörüşünü
genişləndirmək və gənc istedadları üzə çıxarmaqdır.


İştirakçılar yarışma əsnasında üç yaş kateqoriyasına bölünərək memarlıq, coğrafi mənzərə,
məşhur insanlar, Mərakeş nağılları və ya ölkənin adət-ənənələri kimi Mərakeş elementlərini
ehtiva edən sənət əsərlərinin fotoşəkillərini təqdim etməli olacaqlar.
Qaliblər iki məşhur Mərakeşli rəssam Mahi Binebine və Abderrahim Yamou və iki hörmətli
azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın və Nərgiz Quliyevanın iştirak etdiyi münsiflər
heyəti tərəfindən seçiləcək.

Rəsm müsabiqəsinin təfərrüatları, o cümlədən qaydalar, mükafatlar, münsiflər heyəti,
həmçinin gənc rəssamları ruhlandırmaq üçün faydalı məlumatlar xüsusi yaradılmış internet
saytında mövcuddur:
https://www.marakeshresm.art/





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu