1446387

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, polis əməkdaşlarının keçirdiyi növbəti əməliyyat nəticəsində “Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.

Musteqil.az bildirir ki, saxlanılanlar arasında bir neçə gün əvvəl bloqer Nail Kəmərlinin həmin ərazidə hazırladığı reportajda çıxış edən şəxs də var. Belə ki, N.Kəmərlinin suallarını cavablandıran, bəzi narkotik istifadəçilərinin “yaxşı kişi” olduğunu deyən, narkotik satanları isə “deşovıy”, yəni ucuz adlandıran şəxs də tutulan şəxslər arasındadır. Həmin şəxsin danışıq tərzi və sair xeyli maraq doğurduğundan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, saxlanılan bu şəxs Nəsimi rayonunun Mərdanov qardaşları küçəsində qeydiyyatda olan, Nərimanov rayonu 2-ci Şimal Şitilliyi (Xutor) küçəsində daimi yaşayan 1968-ci il təvəllüdlü Vüqar Muradxanovdur. O, daha əvvəl də Cinayət Məcəlləsinin 234-cü, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə tutulub və məhkum edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//grunoaph.net/4/5013541