Laçın dəhlizində rusların postları sökülür

Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.

Musteqil.az Report-a istinadən xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir.

Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.