1446302

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından (İİR) Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Musteqil.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avqust ayının 23-ü saat 23:10-da “Astara” sərhəd nəzarət şöbəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Azərbaycana keçərkən İİR vətəndaşı 1981-ci il təvəllüdlü Babaei Kousalari Sadegh Samadin idarə etdiyi “Dong-Feng” markalı 38-D-43910 dövlət nömrə nişanlı yük avtomobilinə birgə baxış keçirilərkən nəqliyyat vasitəsinin salonunda gizlədilən təxmini çəkisi 15 kq 64 qram narkotik vasitəyə bənzər maddələr (4085 qram metamfetamin, 7800 qram heroin, 2129 qram tiryək, 1050 qram marixuana) və 920 qutu “KENT” markalı siqaretlər aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541