1446283

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“İllərdir həsrətində olduğumuz doğma yurdumuzda əbədi olaraq yaşamaq bizim borcumuzdur”.

Musteqil.az xəbər verir ki, bunu Laçın şəhər sakini, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı Babək Aslanov bildirib.

“Vahid komandanlıq altında, ordumuzun gücü, qüdrəti sayəsində, şəhidlərimizin qanı bahasına torpaqlarımızı işğaldan azad etmək bizə qismət oldu. Torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmaq şərəfli ölümdür. Şərəfli ölümün biri də odur ki, öz torpaqlarımızda yaşayaq, qocalaq, orada da ölək”, – o deyib.

Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//intorterraon.com/4/5013541