“Guya mən “Təhminə və Zaur”u yazmamışdan əvvəl…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bəziləri bu mövzuda birbaşa ədəbiyyatı və filmlərimizi günahlandırır, cəmiyyətdə bu cür “Zaurların” artmasının səbəbi kimi onları göstərir. Bu məsələdə adı ən çox hallananlardan biri də məşhur Təhminə obrazının yaradıcısı olan Xalq yazıçısı Anardır.

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bu cür fikirləri absurd və yersiz adlandırıb:

“Mən hər axmaq fikrə münasibət bildirməyi özümə yaraşdırmıram. Guya mən “Təhminə və Zaur”u yazmamışdan əvvəl siqaret çəkən, qəlyan çəkən qadınlar olmayıb?! Əbləhin biri bu məsələdə sırf “Təhminə və Zaur”u günahlandırırsa, deyəcək sözüm yoxdur. Harada nə hadisə olursa, ədəbiyyatı qınayırlar. Bir yerdə hamamların suyu kəsilirsə, avtomobil qəzası olursa, həmən dəqiqə Yazıçılar Birliyini günahlandırırlar. Ümumiyyətlə, Yazıçılar Birliyinin düşmənləri var! Onlar tək Yazıçılar Birliyinin deyil, ədəbiyyatın düşmənləridirlər! Ona görə də hər dəfə bir təxribat yaratmaq istəyirlər”.

Yazıçı bildirib ki, bu tip məsələlərdə ədəbiyyatçıların heç bir günahı yoxdur:

“Burada ədəbiyyatçıların nə günahı var? Sizcə, meşədə yanğın olursa, bu ədəbiyyatçıların günahıdır? Bu sualın cavabı o qədər aydındır ki, soruşmağa belə dəyməz…

Biz o gün Şabranda tikilən yaradıcılıq evinə getmişdik. Getdik gördük ki, o biri kənddə ciddi yanğın var, insanları kənddən çıxarırlar. Burada Yazıçılar İttifaqının günahı varmı? Biz gedib Şabranı yandırmışıq?! Bu insanların heç olmasa, azca insafı, vicdanı olsun. Hər hadisədə yazıçıları qınamasınlar, böhtan atmasınlar!”



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu