1446468

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən Musteqil.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən Göyçay Rayon Mərkəzi xəstəxanasında, Muğan Regional Mərkəzi tərəfindən “Sabirabad” Elektrik Şəbəkəsi Müəssisəsində, Cənub Regional Mərkəzi tərəfindən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində və ərazidə yerləşən meşə massivlərində, meşəətrafı ərazilərdə, Bakı Regional Mərkəzi tərəfindən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşlarının da iştirakı ilə 13 saylı Birləşmiş Şəhər Xəstəxanasında maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, yanğınlar, zəlzələ, torpaq sürüşməsi, sel və daşqınlar və ölkəmiz üçün xarakterik olan digər fövqəladə hadisələrlə bağlı geniş məlumat verilib, bu hadisələr zamanı zəruri təhlükəsizlik tədbirləri barədə ətraflı danışılıb. Bundan əlavə, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, slaydların müşayiəti ilə edilən təqdimatlar zamanı mövzulara dair videoçarxlar da nümayiş olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541