Emin Əmrullayev Şamaxı Astrofizika Rəsədxanasına baş çəkib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Elm və təhsil naziri Emin Əmrullayev N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına baş çəkib.

Metbuat.az xəbər verir ki, nazir uzun illərdir xidmət göstərən rəsədxanada elmi tədqiqatların aparılması üçün yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin iyulun 28-də “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana əsasən, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da qurumun tabeliyinə keçib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu