“Dinamo” Mahir Emreliyə bu qədər mükafat verəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İki gün əvvəl “Maksimir” stadionunda Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Norveçin “Budyo Qlimt” komandasına 4:1 hesabı ilə qalib gələn “Dinamo Zaqreb” üç ildən sonra Avropanın ən elit yarışının qrup mərhələsinə yüksəlib. Xorvatiya çempionunun bu uğurunda qışda bu kluba keçən Azərbaycan millisinin üzvü Mahir Emrelinin də rolu var.

Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, paytaxt klubu qitənin ən güclü 32 klubu arasına düşdüyünə görə ən azı 22 milyon avro qazanıb.

Bunun 15,94 milyon avrosu qrupa düşməyə, 6 milyonu isə klubun son beş ildəki əmsalına görədir. Üstəlik, UEFA qrupda qazanılan hər xalı 930 min avro ilə mükafatlandıracaq.

“Dinamo”nun Çempionlar Liqasındakı uğura görə futbolçulara ödəyəcəyi mükafat da bəllidir. Xorvatiya mətbuatının xəbərinə görə, ÇL matçlarında ən çox oynayan oyunçuların hər biri 100 min avro, digərləri isə bundan bir qədər az alacaq. Qrupdakı nəticələrə görə bonuslara gəlincə, “Dinamo” qələbəyə görə hər futbolçuya 50 min, heç-heçəyə görə isə 30 min avro verəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu