images 2

“Mənim şikayətim SAZZ 4G -dəndir”. DİA.AZ bildirir ki, bu barədə “Mənim Şikayətim Var” sosial qrupundakı paylaşımında Vadim Rzayev adlı istifadəçi giley edir.



Daha sonra narazı vətəndaş davam edir: “Deməli, 2011-ci ildən “SAZZ”dan istifadə edirem, heç vaxt problem olmayıb. Sürət zəifleyəndən sonra wimax-dan keçdim LTE-yə.



Sürət yenə normallaşdı, lakin 8 ay keçəndən sonra sürət başladı düşhməyə… Hal-hazırda siqnal yaxşı olsa da, sürət deyilən şey yoxdur. Heç 1 mb/s vermir.



Zəng vuranda deyirlər ki texniki dəstək gələcək. 2 gün keçir, zəng vurub deyirlər ki, sizin tərəfdə problem var, gözləyin düzələcək. 2 həftə keçir vəziyyət düzəlmir.

Yenidən zəng vururam yenə hər şey təkrarlanır və ortada nəticə yoxdur. Sizdən xahiş edirəm ki, nəsə edəsiniz və sürət yenə normallaşsıin!!! 25 azn belə sürətü vermək olmaz, hətta ən pis işləyən adsl bundan yaxşi işləyir…”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

1661578347 01
//thaudray.com/4/5013541