Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi olub.

Metbuat.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə 32 komanda hərəsində 4 olmaqla 8 qrupa bölünüb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu İtaliyanın “Milan”, İngiltərənin “Çelsi” və Avstriyanın “Zaltsburq” komandaları ilə E qrupuna düşüb.

Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) kollektivi isə Almaniya “Bavariya”sı, İspaniya “Barselona”sı və İtaliya “İnter”i ilə birlikdə C qrupunda mübarizə aparacaq.

A qrupu: “Ayaks” (Niderland), “Liverpul” (İngiltərə), “Napoli” (İtaliya), “Reyncers” (Şotlandiya)

B qrupu: “Portu” (Portuqaliya), “Atletiko” (Madrid, İspaniya), “Bayer” (Almaniya), “Brügge” (Belçika)

C qrupu: “Bavariya” (Almaniya), “Barselona” (İspaniya), “İnter” (İtaliya), “Viktoriya” (Plzen, Çexiya)

D qrupu: “Ayntraxt” (Frankurt, Almaniya), “Tottenhem” (İngiltərə), “Sportinq” (Portuqaliya), “Marsel” (Fransa)

E qrupu: “Milan” (İtaliya), “Çelsi” (İngiltərə), “Zaltsburq” (Avstriya), “Dinamo” (Zaqreb, Xorvatiya)

F qrupu: “Real Madrid” (İspaniya), “Leyptsiq” (Almaniya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Seltik” (Şotlandiya)

G qrupu: “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Kopenhagen” (Danimarka)

H qrupu: PSJ (Fransa), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), “Makkabi” (Hayfa, İsrail)

Qeyd edək ki, qrup mərhələsinin oyunlarına sentyabrın 6-da start veriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu