Bu tankla rusları məğlub edə bilərik – Jdanov

Bu gün Qərb üslublu istənilən tanklar texnoloji cəhətdən Ukrayna Silahlı Qüvvələrindəki tanklardan qat-qat üstündür.

Axar.az xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov məlumat verib.

O bildirib ki, Qərb tankları yüksək atəş dəqiqliyinə və daha yaxşı ekipaj müdafiəsinə malik olması ilə fərqlənir.

Jdanov Qərb tanklarından bu gün gücünə görə daha üstün və dünyada ən çox yayılmış tanklardan biri olan Amerikanın istehsal etdiyi ABRAMS-a üstünlük verdiyini də qeyd edib:

“Rusiyanın Ukrayna ordusunda ABRAMS tanklarını görərkən necə şok keçirə biləcəklərini təsəvvür edirsiniz? ABRAMS-ın yalnız birinin meydanda olması bizim döyüşdə qələbə qazanmağımızda həlledici rol oynayar”.

Başa dön tuşu