1445347

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kişilərdən ibarət 3×3 basketbol növü üzrə yığma komandamız İslam Həmrəylik Oyunlarına uğurlu start verdi.

Musteqil.az xəbər verir ki, 5-ci İslam Həmrəylik Oyunlarında “C” qrupunda qərarlaşan millimizin ilk rəqibi Mali seçməsi olub. Amil Həmzəyev, Zaur Paşayev, Orxan Aydın və Endar Poladxanlıdan ibarət 3×3 basketbol yığmamız görüşə fəal başlayıb və yekunda 18-15 hesablı qələbə qazanıb.

Qeyd edək ki, yığmamızın qrupdakı növbəti rəqibi Türkiyə millisi olacaq. Oyun Bakı vaxtı ilə bu axşam saat 22.00-da baş tutacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//whairtoa.com/4/5013541