Bakının Məktəbli küçəsinin məhəllədaxili yolları əsaslı təmir edilir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində Məktəbli küçəsinin məhəllədaxili yollarında əsaslı təmir işləri aparır.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 300 metr, eni ortalama 6 metr təşkil edən küçədə aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb.

Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

“İnvestisiya Proqramına”na əsasən, cari il ərzində Hövsan qəsəbəsi ərazisində ümumi uzunluğu 4,5 kilometr təşkil edən küçənin təmiri nəzərdə tutulub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu