Bakıda ölümlə nəticələnən ağır qəza baş verdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.

12:41

Bakıda qəza olub, yolda tıxac yaranıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Zığ şosesi şəhər istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qeyd olunub ki, hazırda bu səbəbdən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu