Bərdədə istehlaka yararsız ət aşkarlanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bərdə rayonunda istehlaka yararsız ət aşkarlanıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

AQTA əməkdaşları Bərdə rayonu, Həsənqaya kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Nemət Təvəkkül oğluna məxsus heyvan kəsimi məntəqəsinə baxış keçirilən zaman iribuynuzlu heyvanın arxa ətrafında qapalı sınığın olduğu, kəsildikdən sonra isə daxili orqanlarının və heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğunu müəyyən edib.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 88 kq ət məhv edilib.

Agentlik qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu