1446422

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bərdə rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq faktı ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Bərdə Rayon Polis İdarəsi ilə əlaqə saxlanılıb.

Komitədən Musteqil.az-a verilən xəbərə görə, Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfər edilib, müvafiq söhbət aparılmış və 15 yaşlı qızın psixoloji vəziyyəti qiymətləndirilib.

Azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

Qeyd edək ki, Bərdədə 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar. Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, Bərdədə 15 yaşlı qıza qarşı zorakılıq əməli törədərək videoya çəkən 4 nəfər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müəyyən edilib.

Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541