943694c1 e894 300c b888 fa835e8e3cd1

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən qlobal elektron poçt sisteminin məlumat bazasına müdaxilə etməyə imkan verən yüksək riskli boşluq aşkar edilib.

Bu barədə Musteqil.az-a qurumdan bildirilib.

Məlumata görə, həmin boşluq rəsmi olaraq təsdiqlənib, ona ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutu (nist.gov) CVE-2022-35115 identifikasiya kodu verib.

Boşluq barədə qlobal elektron poçt xidmətinin təminatçısı – Çexiyanın paytaxtı Praqada yerləşən proqram təminatı şirkəti “IceWarp Inc.” məlumatlandırılıb, adıçəkilən şirkət isə dərhal müsbət reaksiya verərək müvafiq boşluğu aradan qaldıran yenilənmələri tətbiq edib.

1998-ci ildən fəaliyyət göstərən və ABŞ, Almaniya, Rusiya, Çexiya və Hindistanda ofisləri olan şirkətin məhsullarından dünyada 50 000-dən çox müəssisə istifadə edir. Onun məhsulları “Exchange Server”, “Office 365” və yaxud “G Suite”ə alternativ hesab olunur.

943694c1 e894 300c b888 fa835e8e3cd1

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//grunoaph.net/4/5013541