1446450

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Ordusunun silahlanmasına, həmçinin bir çox mobil rabitə kompleksləri də daxil edilib.

Musteqil.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarındakı rabitə vasitələri müasir radiostansiyalarla əvəzlənir.

Cari ilin sonunadək bütün döyüş texnikalarının vahid sistemə çevrilməsi planlaşdırılır. Bundan əlavə, ordumuzda müasir tələblərə cavab verən cihazlarla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Burada da istehsalatla yanaşı peşəkar radiomexaniklər tərəfindən cari təmir işləri həyata keçirilir.

Cari ilin iyul ayında Müdafiə Nazirliyinin Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin yeni istifadəyə verilən, ən yeni texnoloji avadanlıqlarla təchiz edilmiş Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi Azərbaycan Ordusunun informasiya-kommunikasiya texnologiyaları mühitinə fasiləsiz müşahidə və nəzarəti həyata keçirməklə kibertəhlükəsizliyin təminatında xüsusi əhəmiyyət kəsb edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//intorterraon.com/4/5013541