1446210

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan cüdoçusu Fidan Qasımova bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında start götürən dünya çempionatından kənarlaşdırılıb.

Musteqil.az Azərbaycan Cüdo Federasiyana istinadən xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış etməsi planlaşdırılan Qasımovanın PCR testi pozitiv çıxıb. Bu səbəbdən, Beynəlxalq Cüdo Federasiyası (IJF) müvafiq qərarı qəbul edib.

IJF-nin tətbiq etdiyi protokola uyğun olaraq, yarışa gələn idmançılar ilk növbədə, sürətli antigen testi verməlidirlər. Fidan Qasımovanın birinci antigen testi pozitiv çıxdıqdan sonra yenidən antigen testi olunub. İkincinin cavabı da pozitiv çıxdığından, o, üçüncü dəfə də PCR testi olunub və testin cavabı pozitiv çıxıb.

İdmançı hazırda yarışların keçirildiyi Bosniya və Herseqovinanın tətbiq etdiyi qaydalara əsasən karantinə alınıb, özünü yaxşı hiss edir və daimi həkim nəzarəti altındadır. İdmançının tezliklə sağalması və Vətənə qayıtması üçün ACF bütün lazımi tədbirləri həyata keçirir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541