Aqrar Sığorta Fondu payızlıq əkin sahələri üzrə ödənişlərə başlayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Aqrar Sığorta Fondu qiymətləndirilməsi tamamlanmış payızlıq əkin sahələri üzrə sığorta ödənişlərinin verilməsinə başlayıb.

Bu barədə Metbuat.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, sığorta hadisələrinin baş verdiyi bitkiçilik təsərrüfatlarında zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir. Artıq dəymiş zərərin 2,5 milyon manatı keçdiyi təsdiqini tapıb.

İlk sığorta dənişləri Neftçala rayonundan olan fermerlərə təqdim edilib. Rayonun Xəzər kəndi ərazisində sığortalanmış ərazilər əsasən sel, subasma və 3-cü şəxlərin hərəkətlərindən ziyan çəkib. Zərərlərin qiymətləndirilməsini 2 mərhələdə fermerlərin iştirakı ilə müstəqil ekspertlər həyata keçirib.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, dövlət dəstəyi ilə aqrar sığortanın tətbiqi getdikcə genişlənir, əkin sahələrini və heyvanlarını sığortalayan fermerlərin sayı artmaqdadır: “Əkin sahələri üzrə də ödənişlərin həyata keçirilməsi aqrar sığorta mexanizminin tam həcmdə işə düşdüyünü və fermerlərin qazancını qoruduğunu göstərir”.

Hazırda Fond 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim edir. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortlandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 %-ni dövlət ödəyir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu