Almaxanım ad gününü belə qeyd etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xanəndə Almaxanım Əhmədlinin 21 yaşı tamam olub.

Metbuat.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkə hesabında bildirib. O, şəxsi instaqram hesabında ad günü zamanı lentə alınan görüntülərini paylaşıb.

İfaçı yeni yaşını nişanlısı ilə qeyd edib. Almaxanım gələcək həyat yoldaşı ilə fotosunu paylaşaraq “Həmişə birlikdə” sözlərini yazıb.

Qeyd edək ki, Almaxanım şair Vüqar Əhmədin övladı, müğənni İzzət Bağırovun bacısı qızıdır. O, martın 23-də sevib-seçdiyi bəylə nişanlanıb. Cütlüyün toyu oktyabrın 23-də şəhər restoranlarından birində baş tutacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu