Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə Respublikası Prezidentinin xanımı Əminə Ərdoğan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

Çox hörmətli Mehriban xanım, Əziz Bacım.

Doğum gününüzü ən səmimi diləklərimlə təbrik edir, sevdiklərinizlə birlikdə cansağlığı, xoşbəxtlik və hüzur dolu neçə belə illər arzu edirəm.

Bu əlamətdar günün xüsusilə illərlə haqsız şəkildə yurdundan qoparılmış Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarıldığı günə təsadüf etməsi sevincimizi daha da artırıb.

“Bir millət, iki dövlət” inancından aldığı güclə və qardaşlıq bağlarımız əsasında ən yüksək səviyyəyə çatdırdığımız Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına dəyərli töhfələriniz hər cür təqdirə layiqdir.

Fürsətdən istifadə edərək şəxsən Sizə, çox hörmətli ailənizə və qardaş Azərbaycan xalqına ən xoş arzularımı və ən səmimi sevgilərimi çatdırıram.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu