Zelenskinin xanımı uşaqları ilə müharibədən necə qaçdığı barədə danışıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukraynanın birinci xanımı Yelena Zelenskaya özünün və uşaqlarının aktiv döyüşlərdən necə qaçdığından ilk dəfə danışıb.

Metbuat.az xəbər verir ki, Zelenskayanın dediyinə görə, onun əvvəlcədən çamadanı yığmağa belə vaxtı olmayıb.

Bundan əlavə, o etiraf edib ki, evdən telefonsuz çıxıb, çünki rus işğalçıları onun zənglərini və yazışmalarını izləyiblər. Buna görə də onların ailəsi üçün sosial şəbəkələr qadağan edilib.

Zelenskaya bildirib ki, həyat yoldaşı səhər saatlarında Prezident Aparatına gedib və o, bütün əşyalarını toplayıb sağollaşmaq üçün Volodimir Zelenskinin yanına gedib. Zelenski bütün təhlükələrə baxmayaraq, Kiyevdə qalmaq qərarına gəlib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu