Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İdmançı Kamil Zeynallı sosial şəbəkədə qızı Sahilənin yeni görüntülərini paylaşıb.

Musteqil.az baku.ws-ə istinadən xəbər verir ki, videoda Kamilin övladının həyatına etinasız yanaşdığı kadrlar əks olunub.

Belə ki, idmançı “Gelandewagen” markalı bahalı və lüks avtomobilinin sükanını 10 yaşlı qızına etibar edib.

Həmin vaxt Kamil maşının ön oturacağında, 3 nəfər isə arxa oturacaqda əyləşib. Avtomobili idarə etməyə çalışan azyaşlı Sahilə sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyi də unutmayıb.

Kamil görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşərək bunları əlavə edib:

“İctimai nəqliyyatın və insanların olmadığı təhlükəsiz yerdə sürürdük. Neçə aydır qızıma avtomobil sürməyi öyrədirəm. Xam deyil, narahatlığa səbəb yoxdur. 10 yaşlı qızımın fərasəti maşallah olsun… Bir qalıb silah atmağı öyrənmək. O da tezliklə…”

İdmançının qızı ilə olan videosu sosial şəbəkələrdə yayılaraq xeyli müzakirələr yaradıb.


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541