“Vest Hem” klubu İtaliya millisinin futbolçusunu transfer etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Metbuat.az xəbər verir ki, London təmsilçisi “Sassulo”nun hücumçusu Canluka Skamakkanı transfer edib. Bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

İtaliya millisinin üzvü ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb. “Vest Hem”in 23 yaşlı forvard üçün 46+6 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Canluka ötən mövsüm “Sassuolo”nun heyətində bütün turnirlərdə 38 oyuna 16 qol vurub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu