Vaksinasiya olunanların sayı AÇIQLANDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 781 799, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 359 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 352, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 316 512, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 461 nəfər təşkil edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu